DSMF Suraxanı rayon şöbəsində ciddi nöqsanlar aşkar edilib

DSMF Suraxanı rayon şöbəsində ciddi nöqsanlar aşkar edilib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) fəaliyyətlərində nöqsanlara yol verən yerli orqan əməkdaşları barədə ciddi tədbirlər həyata keçirir. Fondun İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, bu sırada yol verilən hüquqpozmaların aşkarlanması və hüquq-mühafizə orqanlarının məlumatlandırılması xüsusi yer tutur.

Dövlət Sosial Müdafiə Fondunun Daxili audit şöbəsi apardığı audit araşdırması ilə Bakı şəhər Suraxanı rayon şöbəsinin pensiyaların ödənişi və uçotu sahəsindəki fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb. Fondun Kollegiyasında öz fəaliyyətlərində saxtakarlıq edərək vəsaitlərin təyinatından kənarlaşdırmaqla mənimsənilməsinə yol vermiş Suraxanı rayon şöbəsinin maliyyə–uçot sektorunun müdiri-baş mühasibi Kərim Muradovun, məsləhətçi-mühasibləri Dunay Şirəliyeva, Maisə Qurbanova, Тəranə Cavadova, Kəmalə Hüseynova, Elnarə Hüseynova, Sevda İsmayılova, Mehparə Əliyeva, Hikmət Şirinov, Emin Hüseynov və Akif Sərkərovun vəzifələrindən azad edilməsi, audit araşdırması materiallarının müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunması barədə qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə