ETSN milli parklardan çəkilmiş fotoların müsabiqəsini elan edir

ETSN milli parklardan çəkilmiş fotoların müsabiqəsini elan edir

Bu gündən “Milli parklardan etüdlər” adı altında peşəkar və həvəskar fotoqrafların iştirakı ilə foto müsabiqəyə start verilir.

Müsabiqə çərçivəsində milli parklardan çəkilmiş şəkillər Nazirliyin rəsmi facebook və instagram səhifələrində müəlliflərin adları qeyd olunmaqla mütəmadi yerləşdiriləcək. May ayının 20-dək davam edəcək müsabiqənin sonunda 5 ən yaxşı şəklin müəllifi “22 may Beynəlxalq biomüxtəliflik günü” ərəfəsində mükafatlandırılacaq.
İştirakçılardan fotoların [email protected], Nazirliyin facebook (https://www.facebook.com/eco.gov.az/) və instagram (https://www.instagram.com/ecogovaz/) səhifəsinin mesaj bölməsinə göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 012-492-41-73

Bütün xəbərlər Facebook səhifəmizdə