Azərbaycanda iki ay ərzində ekoturizm konsepsiyası hazırlanacaq. SİA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.
H.Əlizadə Azərbaycanda ekoturizm konsepsiyasının hazırlanmasını da vacib sayıb.
O, xarici ekspertlərlə birlikdə bu istiqamətdə işlər aparıldığını da qeyd edib: "Dövlət Turizm Agentliyinun dəvəti ilə bu yaxınlarda ölkəmizə gələn xarici ekspert milli parklarımızla tanış olub. O, parklarımızı çox bəyənib. Apreldə isə Çexiyadan ekspert gələcək. O, bizə Milli parklarımızda nişanlama işlərinin aparılmasına yardım edəcək".
H.Əlizadə əlavə edib ki, Azərbaycanda ekoloji turizmə maraq artır.
Ölkəmizdə ekoloji turizmin inkişafı üçün potensialın olduğunu deyən H.Əlizadə qeyd edib ki, milli parklara giriş 2 manatdır. Milli parklarda bəzi xidmətlər pulludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB