Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub.
Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB