Bu gün 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputat Aqiyə Həbib qızı Naxçıvanlı Oğuz şəhərində qəbul otağına müraciət edən seçicilərlə görüş keçirib. SİA-nın veridiyi məlumata görə, müraciətlərin çevik həll edilməsi məqsədi ilə görüşə Oğuz Rayon Məşğulluq Mərkəzinin direktoru, Oğuz Rayon İcra Hakimiyyəti başçısının Baş Daşağıl İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, Oğuz Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi, Oğuz şəhər və bir neçə kənd bələdiyyəsinin sədri dəvət edilib. Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, müalicə məsələləri, sahibkarlığa kömək, maddi yardım, ünvanlı sosial yardımın təyin olunması, torpaq məsələləri və yeni inzibatı ərazi vahidliyinin yaradılması üçün hüquqi yardım göstərilməsi barədə olub.
Deputat Aqiyə Naxçıvanlı seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edib. O vətəndaşların problemlərini dinləyib, ünvan üzrə düzgün müraciət etməyən seçicilərə hüquqi məsləhətlər verib, bəzi müraciətlərin yerində həlli üçün aidiyyəti orqanlarla birbaşa əlaqə saxlayaraq həllinə nail olub, bir neçə məsələni öz nəzarətinə götürüb, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlar verib.
Görüşdə iştirak edən rayon ziyalıları dövlət başçısı cənab İlham Əliyevin məmurlara xalqın yanında olmaq və onların problemləri ilə yaxından məşğul olmaq kimi tapşırıqlarından razı qaldıqlarını bildirib, əhalini narahat edən bütün məsələləri diqqət mərkəzində saxlayaraq ölkənin maliyyə vəziyyətinin, vətəndaşların sosial rifahlarının yaxşılaşdırılması istiqamətində imzaladığı sərəncamlara görə cənab Prezidentə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB