III Beynəlxalq Xocalı Soyqırımı və Türk Dünyası Simpoziumu baş tutub

III Beynəlxalq Xocalı Soyqırımı və Türk Dünyası Simpoziumu baş tutub

Türkiyənin Giresun Universitetində 26-27 fevral 2019-cu il tarixində III Beynəlxalq Xocalı Soyqırımı və Türk Dünyası Simpoziumu keçirilib. SİA-nın verdiyi məlumata görə, Türkiyə, Azərbaycan və Qazaxıstan milli marşlarından sonra Xocalıda şəhid olanların ruhuna fatihə və dua oxunub.

Sonra Prof.Dr Lalə Hüseynova şəhidlərin ruhuna həzin bir musiqini skripkada ifa edib.

Simpoziumun açılışında Giresun Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinin dekanı Prof.Dr Betül Karagöz Yerdelen, TBMM Ordu millət vəkili Ergün Taşçı, Ərzurum millət vəkili Prof.Dr Kamil Aydın, İstanbul Aydın Universitetinin Tarix bölümünün Prof.Dr Abdulhaluk Mehmet Çay, prof.Dr Əllədin Yalçın Qaya, Prof.Dr. Taleh Ömərbəyov, Prof.Dr. Bülent Okay, tuğ-general Ömər Esenyel, Azərbaycan Milli Məclisinin deputatı, AMEA Tarix İnstitutu direktoru Yaqub Mahmudov, Beynəlxalq Qadın Klubunun sədri Əsmayə Cavadova, Dos.Dr. İradə Məmmədova, Dr.Yeganə Hüseynova, tarix İnstitunun dessertantı Bədirə Kərimova və başqaları çıxış ediblər.

Akademik Yaqub Mahmudov çıxışında bildirib: "Biz bura ağlayıb, sızlamağa gəlməmişik, hər ildönümünü qeyd edərək erməniləri sevindiririk, gənclərimizə qələbələrimizi qeyd etməyi aşılamalıyıq. Mən qisasçı insan deyiləm, ancaq indi deyirəm qisasımızı almalıyıq, gənclərə səslənirəm, cəsarətli olun, heç nədən qorxmayın və türk olduğunuzu unutmayın. Tarix şüurumuzu dəyişməliyik, tarixi şəxsiyyətlərimizə sahib çıxmalıyıq, Şah İsmayıl Xətaini və Sultan Yavuzu "Çaldıran Döyüşü"nə görə deyil, gördüyü yaxşı işlərinə görə xatırlamaq lazımdır. Bizə bu günümüzdə başsağlığı vermək yaraşmır. Biz tarixdən ibrət dərsi almalıyıq. Ermənilər bizim bayram günlərimizdə qətliam törədirlər. Bizi məhv edəni məhv etməliyik. Mən intiqam hissi ilə yaşayan insan deyiləm. Amma biz bu simpoziumdan "qan yerdə qalmamalıdır" düşüncəsi ilə ayrılmalıyıq".

Beynəlxalq Qadın Klubunun sədri Əsmayə Cavadova öz çıxışında Xocalının haqq səsini Azərbaycanın qadınları adından soyqırımı mədəni dünyaya çatdırılması mövzusunda danışıb, Xocalı soyqırımının bir insanlık faciəsi olduğunu vurğulayıb.

Bu tədbirin keçirilməsində məqsəd Xocalı faciəsinin siyasi, hüquqi, mədəni və mənəvi yönləri ilə ortaya qoymaq, eyni zamanda Xocalı Soyqırımı ilə bağlı Beynəlxalq hüquq məhkəməsinə müraciət etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə