Poroşenko Ukraynanın Azərbaycanda yeni səfirini təyin edib

Poroşenko Ukraynanın Azərbaycanda yeni səfirini təyin edib

Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Azərbaycanda yeni səfirini təyin edib. Müvafiq fərman Ukrayna prezidentinin saytında yerləşdirilib.

Fərmana əsasən, Uklraynanın Azərbaycandakı yeni səfiri Vladislav Kanevski təyin olunub. Vladislav Kanevski əvvəl Ukrayna XİN-in Katibliyi Departamentinin Təhlil və Planlaşdırma şöbəsinin müdiri - Departament direktorunun müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Ukraynanın Azərbaycandakı öncəki səfiri Aleksandr Mişenko ölkəmizdə özünün diplomatik missiyasını başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə