Krımda 20 Yanvar hadisələrinə həsr olunan tədbir keçiriləcək

Krımda 20 Yanvar hadisələrinə həsr olunan tədbir keçiriləcək
Yanvarın 19-da Krımda 1990-cı ilin yanvar ayında azərbaycanlılara qarşı törədilən qətliamın növbəti anım günü qeyd olunacaq. SİA-nın xəbərinə görə, bu barədə Krımdakı Azərbaycan icmasının sədri Rəhim Hümbətov məlumat verib. O bildirib ki, uzun illər 1990-cı il 20 yanvar qurbanlarının xatirəsinə həsr olunan gecələr təşkil olunur. R.Hümbətovun sözlərinə görə, bu il təşkil olunacaq gecədə filmin nümayişi, bu hadisələri özündə əks etdirən foto sərginin təşkili nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə