Prezident İlham Əliyev Dominikan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Dominikan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Prezidenti Danilo Medinaya təbrik ünvanlayıb. Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə