Bu yolda diqqətli olun XƏBƏRDARLIQ

Bu yolda diqqətli olun XƏBƏRDARLIQ

Bakı şəhəri, Ukrayna dairəsindən Neapol dairəsinə kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə