Vision Academy “Sistemli satış üçün CRM” mövzusundə səhər yeməyi təşkil etmişdir. Təlimdə kiçik və orta biznes nümayəndələri, o cümlədən expertlər və media nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Vision Academy-nin direktoru Könül Bağırova mərkəz haqda qısa təqdimat etmiş ötən il əzrində qazanılmış uğurlar o cümlədən qazanılmış beynəlxalq TEFL sertifikatını barədə məlumat vermişdir.
Qısa təqdimatdan sonra səhər yeməyi birliyində VisionAcademy ingilis dili bölməsinin rəhbəri Nərminə Əliyeva “İntroduce Yourself” mövzusunda qısa master dərs vermişdir. “Əsas amacımız müxtəlif səviyyədə bilikləri olan insanlara ingilis dilini öyrənə bilmə əminliyini aşılamaqdır. Sizi ingilis dilində düşünmək qədər dil biliklərini artırırıq” – deyə Nərminə Əliyeva qeyd etmişdir. Qısa təqdimatdan sonra iştirakçılar özlərini ingilisdilində peşkarca təqdim etmək vərdişlərini qazanmışlar.
Daha sonra biznes təlimçisi İlham Əfəndiyev “Sistemli satış” mövzusunda təqdimat etmiş, satışın sistemləşdirilməsi və artırılması üçün alətlər təqdim etmişdir.
“Ayrıca məhsul və xidmətlər üçün statistika çıxararaq, satış prosesini idarə etməyi öyrənib, lazımı nəticələri əldə edə bilərsiniz” – təqdimat zamanı İlham Əfəndiyev qeyd etmişdir.
İştirakçıların suallarına cavab verən təlimçi satış prosesində müxtəlif işçi halqalarının roluna da toxunmuş, bu zaman motivasiya sisteminin düzgün qurulmasının önəmliliyini vurğulamışdır.
“Düzgün motivasiya önəmli məsələdir. Motivasiya sisteminin olması, faydalı hərəkətlər planının tərtibi və icrası təbii ki, sonda satışların intensivləşdirilməsi və biznesin inkişafına töhfə verəcək amillərdir” – deyə İlham Əfəndiyev sözünə davam etmişdir.
Sonda iştirakçıların sualalrını cavablandırılmışdır.
Vision Academy korporativ təlimlər təşkilini prosesinə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB