“Hashtag #KARABAKH”adlı fərdi layihənin ilk təlimi keçirilib

“Hashtag #KARABAKH”adlı fərdi layihənin ilk təlimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Suraxanı rayonunda yerləşən 280 saylı tam orta məktəbdə icra olunan “Hashtag #KARABAKH” adlı fərdi layihənin ilk təlimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məzahir Əhmədov layihənin vacib nüanslarından söz açaraq layihə haqqında iştirakçılara ətraflı məlumat verib.

Daha sonra Layihənin təlimçisi Sona Ağazadə ermənilərin təcavüzkarlığı haqqında danışmış, Ermənistanın məqsədli şəkildə məkirli və hiyləgər planla Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Sona Ağazadə qeyd edib ki, Azərbaycan heç bir zaman öz tarixi torpaqlarından vaz keçən deyil, aparılan məqsədyönlü və düzgün siyasi kurs nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəkdir.

Sonda layihə iştirakçılarının sualları cavablandırılıb və həmin suallar əsasında diskussiyalar aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə