“Odlar Yurdu” Milli Mükafatının təqdimat mərasimi olub TƏDBİR

“Odlar Yurdu” Milli Mükafatının təqdimat mərasimi olub TƏDBİR

Rəşid Behbudov adına Mahnı Teatrında “Odlar Yurdu” Milli Mükafatının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, “Tonika Group”un, “Mədəniyyət və Turizmə dəstək Gənclər Koalisiyası” ilə birgə layihəsi olan “Odlar Yurdu“ Milli Mükafatı təşkilat komitəsinin və nəzarət təftiş komissiyasının araşdırmaları ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunub.

Aparılan sorğulara əsasən, nazirliklərdən: Mədəniyyət Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi.

İcra hakimiyyətlərindən: Binəqədi Rayon İcra Hakimiyyəti.

Millət vəkillərindən: Hikmət Babaoğlu, Adil Əliyev, Qənirə Paşayeva, Elman Nəsirov, Şahin İsmayılov.

Gənclər təşkilatlarından: YAP Gənclər Birliyinin sədri Seymur Orucov

Televizyalardan: ATV, Xəzər, AzTv, İctimai Tv və s. sorğuların nəticələrinə əsasən "Odlar Yurdu” Milli Mükafatına layiq görülüblər. Məlumat üçün bildirək ki, kristal formasında olan mükafatlar digərlərindən xüsusi seriyaları və şəxsi pasportları (mükafat tanınma vərəqəsi) ilə fərqlənir.

Qeyd edək ki, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev də “Odlar Yurdu” Milli Mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə