“Ölkədə qəbrüstü abidələrin qoyulması ilə bağlı qanuna ehtiyac var” - AÇIQLAMA
Milli Məclisin Mədəniyyət komitəsi parlamentin yaz sessiyasında görüləcək işlərinin proqramını hazırlayıb. Bu barədə SİA-ya komitənin sədri, millət vəkili Nizami Cəfərov açıqlamasında deyib. O bildirib ki, bu müddət ərzində komitənin əsas işi hazırda Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlan "Mədəniyyət haqqında" qanundur. Onun sözlərinə görə, bu qanuna ya əsaslı dəyişikliklər ediləcək, ya da yeni bir qanun şəklində hazırlanacaq.
Bundan əlavə komitə yaz sessiyası dövründə bir sıra məsələləri gündəliyə daxil edib: "Buraya yaradıcı qurumlar və yaradıcı şəxslərlə bağlı qanun layihəsi daxildir ki, hazırda onun üzərində işləyirik. Orada yaradıcı qurumların maliyyələşdirilməsi ilə bağlı bəzi mübahisəli məsələlər var ki, onları həll etməliyik ki, qanun qüvvəyə minsin. Daha sonra gündəliyə "Adlar və soyadlar haqqında" qanun layihəsi daxildir. Biz çalışacağıq ki, bütün məqamlar burada öz əksini tapsın. Bir çox ölkələrdə belə bir qanun mövcuddur və biz də onların təcrübələrini öyrənirik".
Bundan əlavə komitənin "Memorial abidələr"lə bağlı qanun üzərində işləyəcəyini deyən N. Cəfərov bildirib ki, hazırda onun müzakirəsi gedir. Onun sözlərinə görə, ölkədə qəbirüstü abidələrin qoyulması ilə bağlı qanuna ehtiyac var və bu işləri görməyi nəzərdə tuturuq: "Bundan əlavə bizim ənənəvi işlərimiz də var ki, bu müddət ərzində onları həyata keçirəcəyik. Mədəniyyət elə bir sahədir ki, qanunla hər şeyi nizamlamaq çox çətin olur. Bir sıra məsələlər müzakirə olunmalı, tövsiyələr verilməlidir. Bizim televiziya və radiolarımızda mədəniyyət və incəsənətlə bağlı verilişlərin səviyyəsi ilə əlaqədar müzakirələr aparırıq. Yas və toy mərasimlərinin keçirilməsində mədəniyyətlə bağlı müəyyən tərəflər var ki, onların müzakirəsi aparılır. Mən inanmıram ki, bu sahələr üzrə hər hansısa bir qanun qəbul edək. Amma hər halda müzakirələr getməlidir ki, biz o prinsipial məqamları müəyyənləşdirə bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB