Rasim Əliquliyev: “Virtual məkanda hər bir dövlətin qüdrəti malik olduğu elektron informasiya resurslarının xüsusi çəkisi ilə ölçülür”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Vikipediyanın yaranmasının 10 illiyinə həsr olunan elmi seminar keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, seminarda çıxış edən institutun direktoru, professor Rasim Əliquliyev bildirib ki, müasir dövrdə internet cəmiyyətdə mühüm fenomenə çevrilməkdədir və hər kəsə siyasi, mədəni, sosial və digər qlobal məsələlərin həllinə öz töhfəsini vermək imkanı yaradır. O, virtual məkanda hər bir dövlətin qüdrəti malik olduğu elektron informasiya resurslarının xüsusi çəkisi ilə ölçüldüyünü nəzərə çatdırıb.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni dəyərlərimizin tanınmasında, dilimizin inkişafında internetin özünəməxsus yeri olduğunu qeyd edən alim respublikamız haqqında məlumatların virtual məkanda yayımının müasir informasiya texnologiyaları ilə silahlanıb, yüksək səviyyəli mütəxəssislərin sayının artırılması nəticəsində mümkün olduğunu bildirib. İnternet mühitində müxtəlif layihələrin reallaşdırıldığını və dünyanın ən nəhəng ensiklopediyası olan Vikipediya (Wikipedia) virtual ensiklopediyasına dünyada marağın yüksəldiyini və son zamanlar ensiklopediyanın müxtəlif dil bölmələrində azərbaycanlı istifadəçilərin fəallığının müşahidə olunmasını sevindirici hal kimi qiymətləndirib.
2007-ci ildə Vikipediyanın Azərbaycan dili bölməsində cəmi 3 min məqalənin yerləşdirildiyini, hazırda isə məqalələrin sayının 49 minə çatdığını nəzərə çatdırıb. İnkişaf etmiş dövlətlərin siyasətində Vikipediyada yüksək səviyyədə təmsil olunmağın böyük önəm daşıdığını, bu layihədə fəal iştirak etməyin Azərbaycan üçün də əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycanın alim və mütəxəssislərinin zaman-zaman əldə etdikləri təcrübə və biliklərini Vikipediyada yerləşdirməklə virtual Azərbaycanın formalaşmasına və təbliğinə xidmət edən, müasir kompyuter və İnternet texnologiyalarından istifadə etməyi bacaran gənclərə böyük ehtiyac olduğunu söyləyib.
Vikipediyanın Azərbaycan bölməsini virtual vətənin bir parçası kimi dəyərləndirən alim aparılan müşahidələrə əsasən Vikipediyanın dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların toplandığı məkana çevrildiyini vurğulayıb.
AMEA İTİ-nin sektor müdiri İradə Ələkbərova Vikipediyanın yaranma tarixi haqqında məlumat verib. Daha sonra tədbirdə çıxış edən alim və mütəxəssislər xalqımızın tarixi, adət-ənənələri, musiqisi, mətbəxi və s. özəllikləri haqqında məlumatların dünyada tanınması və qorunması üçün İnternet resurslarında, ilk növbədə Vikipediyanın bütün layihələində fəal iştirakın zəruriliyini qeyd ediblər. Azərbaycan haqqında obyektiv və operativ informasiyanın, audio-video materialların Vikipediyaya daxil edilməsini müasir dövrün tələbi kimi dəyərləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB