Şirvanda Füzuli rayonundan olan məcburi köçkünlərlə görüş olub FOTOLAR
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Füzuli rayonundan olan 187 ailə bu gün Şirvan şəhərində məskunlaşıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Füzuli Rayon İcra Hakimiyyətinin səlahiyyətliləri daim bu insanlarla maraqlanır, onların problemləri ilə yerindəcə tanış olmaq və həll etmək üçün görüşlər keçirirlər.
Belə görüşlərdən biri də bu gün Şirvan şəhərində keçirilib. Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev sakinləri dinləyib, qaldırılan problemlərin həlli ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Məlumat üçün bildirək ki, Füzuli rayonundan 1993-cü ildən məcburi köçkün düşərək Şirvan şəhərində məskunlaşan 187 ailə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB