Azərbaycan səfiri Xorvatiyanın Baş naziri ilə görüşüb

Azərbaycan səfiri Xorvatiyanın Baş naziri ilə görüşüb

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov bu ölkənin Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Xorvatiya münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. Bütün sahələrdə qarşılıqlı əməkdaşlığın mövcudluğu qeyd olunub. Həmçinin iqtisadi-ticari əlaqələrin şaxələndirilməsi istiqamətində Azərbaycan və Xorvatiya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın əhəmiyyəti vurğulanıb, növbəti iclasın keçirilməsi ilə bağlı aparılan işlər müzakirə edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə