Fransa ikibaşlı oyunundan əl çəkmir

Fransa ikibaşlı oyunundan əl çəkmir

Qondarma Dağlıq Qarabağın separatçı rejimi ilə müəmmalı təmasları bunun sübutudur

Dəfələrldə sübuta yetirilib ki, etnik ermənilərin çoxluq təşkil etdikləri Fransanın bir çox şəhərlərində erməniləri dəstəkləyən tədbirlər keçirilir. Xüsusilə də, Xocalı soyqırımı ərəfəsi. Bu da bir daha onu sübut edir ki, Fransa Dağlıq Qarabağın separatçı rejimi ilə müəmmalı və intensiv təmasdadır. Son olaylar baş verənlərə diqqət yetirməyin kifayət etdiyini göstərir. Elə götürək qondarma "Dağlıq Qarabağ Respublikası"nın prezidenti Bako Saakyanın Fransaya səfərini və orada bir çox şəhər merləriilə görüşləri bir daha Fransanın ikibaşlı oyununu təsdiqləyir.

Fransanın yerli özünüidarəetmə orqanının beynəlxalq hüququn norma və prinsiplərini və Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, eləcə də, Fransa milli qanunlarına zidd olaraq, atdığı bu addım işğalçı Ermənistanın Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Eyni zamanda, Fransa Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrdən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinə xüsusi rəğbət göstərir.

Göründüyü kimi, fundamental hüquqlarının kobud şəkildə pozulduğunu çox yaxşı bildiyi halda, bu kimi birtərəfli və separatizm xarakterli addımların həyata keçirilməsinə göz yumur, insan hüquqlarının ayrılmazlığı və bərabərhüquqluluq prinsiplərini pozur. Bu mənada, Fransa müxtəlif təəssübkeşlik hissləri ilə ikibaşlı oyun oynayır.

Elman Nəsirli: "Fransa nümayəndələrinin Azaycanının işğal altındakı ərazilərinə qanunsuz səfərləri "qondarma"da ikibaşlı oyunundur"

Milli Məclisin deputatı, politoloq Elman Nəsirli Fransanın yüksək rütbəli təmsilçilərinin separatçı rejim ilə təmasları nə birinci, nə də sonuncu haldır. Ancaq vurğulamaq lazımdır ki, təsadüfi deyil ki, Cənab İlham Əliyev də, Prezident olaraq ilk, rəsmi səfərlərinə 2004-cü ilin yanvar ayında, məhz Fransadan başlayıb: "Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması üçün Strasburqda, Versalda, Normandiya bölgəsində müxtəlif layihələr icra edilib. Bakıda möhtəşəm "Plaisirs de France" sərgisi keçirilib. Bakı Fransız Liseyi, Azərbaycan-Fransız Universiteti açılıb. Bu və digər faktlar Azərbaycanın Fransa ilə, məhz qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlı olduğunu təsdiqləyir. Təəssüf doqğuran isə, odur ki, Fransanın bəzi siyasi və lobbi dairələri bu dövlətin böyük dövlətçilik maraqlarını bir kənara atıb, cılız və dar erməni mənafeyinin keşiyində dayanmağa üstünlük veriblər. Bununla da, beynəlxalq hüququn deyil, separatizmin, etnik təmizləmə siyasətinin, terrorçuluğun və insanlıq əleyhinə cinayət olan soyqırımının yanında yer alıblar. Eyni zamanda, Fransada yaşayan təxminən 500 minlik erməni diasporu və lobbisinin cizdığı çevrədə "rəqs edən" bu üzdəniraq siyasətbazların qanunazidd davranışı, heç şübhəsiz, bu dövlətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində üzərinə götürdüyü vasitəçilik missiyası ilə ziddiyyət təşkil edir. Fransa dövləti bütün bu reallıqları nəzərə alaraq, özünün potensial separatizm ocaqlarına malik olması, regionda və bütövlükdə, Azərbaycanda cəmləşdiyi ciddi maraqlarından çıxış edərək, nəinki Dağlıq Qarabağda separatizmi dəstələyən hərəkətlərinə rəvac verməməli, ilk növbədə, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etməli və bu istiqamətdə hüquqi, əməli və təşkilati xarakterli addımlar atmalıdır. Azərbaycan dövləti və ictimaiyyəti dost hesab etdiyimiz Fransa dövlətindən, məhz belə davranış tərzi gözləyir".

Həmsədrlər Ermənistanın lobbiçilk missiyasında

Bu yerdə bir mənamı da vurğulamaq yerinə düşər ki, bu qanunsuz səfərlərin olmasında günahkar olan ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini, xüsusi olaraq, vurğulamaq lazımdır. Həmsədrlərin regiona hesabat xarakierli və mücərrəd xarakterli səfərlərinin nəticələri sıfıra bərabərdir. O cümlədən, ATƏT-in Minsk Qrupunun fransalı həmsədrlərinin ikibaşlı ounları da göz qabağındadır.Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk Qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib.

Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq, "Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz" fikrini dəfələrlə vurğulayaraq, bildirir ki, qondarma Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə