Xocalı faciəsinə həsr olunmuş sərginin iştirakçıları mükafatlandırılıb - FOTOLAR
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Rəsm Qalereyasında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Xocalı Soyqırımını Unutma” mövzusunda növbəti ənənəvi sərginin iştirakçılarının mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, sözügedən sərgidə Bakının müxtəlif rayonlarından 60 məktəbli iştirak edib. Nümayiş olunan 50 əsər əsasən qrafik janrda, müxtəlif texnikalarla işlənib.
Mükafatlandırma mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş şöbəsinin müdiri Zamin Əhmədov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov iştirak ediblər.
Qeyd edək ki, münsiflər yeniyetmə rəssamların əməyini layiqincə qiymətləndirərək onlar arasından ən istedadlılara müvafiq dərəcəli diplom və hədiyyələr təqdim ediblər. Belə ki, Xətai rayonundan Zibaxanım İbrahimova 1-ci yer, Nizami rayonundan İsmət Mirzəli 2-ci yer, Qaradağ rayonundan Arzu Əliyeva isə 3-cü yerə layiq görülüb. Digər 8 iştirakçıya isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB