"“Azərbaycan-2020 gələcəyə baxış” İnkişaf konsepsiyası, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr 1138 nömrəli Fərmanı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” ölkəmizin gələcək illər üzrə əsas inkişaf prioritetlərini özündə əks etdirən aparıcı sənəddir". SİA-nın verdiyi məlumata görə, bunu mətbuat konfransında çıxışı zamanı Meşələrin İnkişafı Departamentinin sektor müdiri, Sadiq Salmanov deyib.
Sektor müdiri bildirib ki, bu baxımdan Milli Meşə Proqramının (MMP) məqsədlərinin və strateji prioritetlərinin hazırlanması zamanı dünyada tətbiq olunan meşələrin dayanıqlı istifadəsi üzrə doqquz meyar əsas götürülüb: "Bu meyarlar meşə sektorunun inkişafına öz müsbət təsirini göstərəcək. Eyni zamanda, yerli qurumların ehtiyaclarını və gözləntilərini öyrənmək məqsədilə ölkə səviyyəsində qiymətləndirmələr aparılıb. Milli Meşə Proqramının yenilənməsi və meşə idarəetmə sisteminin müasirləşdirilməsi Milli Meşə Siyasətinin modernləşdirilməsini ehtiva edir və yeni yol xəritəsinin hazırlanması meşə ekosisteminin qorunub saxlanılmasında, yeni meşə sahələrinin salınması və meşə təsərrüfatından beynəlxalq təcrübələr əsasında davamlı istifadə edilməsi istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB