"Bu proqramın qəbulu yeni bir mərhələnin başlanğıcı olacaq" AÇIQLAMA

"Bu proqramın qəbulu yeni bir mərhələnin başlanğıcı olacaq" AÇIQLAMA

"Azərbaycanın ümumu meşə fondunun sahəsi 1 milyon 213 min hektardır ki, bu da ölkə ərazisinin ümumilikdə 14 faizini, meşə ilə örtülü sahələrin isə cəmi 12 faizini təşkil edir. Meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əsas prioritetlərindən biridir". SİA-nın verdiyi məlumata görə, bunu bu gün ETSN-də keçirilən mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

İ.İbrahimova bildirib ki, bu istiqamətdə işləri daha sistemli və kompleks şəkildə qurmaq üçün hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə yeni Milli Meşə Proqramı üzərində iş aparılır və artıq Proqramın ilkin layihəsi hazırdır: "2020-2030-cu illəri əhatə edəcək yeni Proqram Nazirliyin beynəlxalq təcrübəyə əsaslanaraq meşəçilik sistemində görəcəyi işlər üçün bir yol xəritəsidir və hesab edirik ki, Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni bir mərhələnin başlanğıcı olacaq".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə