Milli Meşə Proqramının hazırlanmasında beynəlxalq təcrübələr əsas götürülür

“Biz FAO olaraq dünyanın 85-dən artıq ölkəsində milli meşə proqramının hazırlanmasına dəstək veririk”. SİA xəbər verir ki, bunu bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Avropa İqtisadi Komissiyasının meşəçilik sektoru üzrə rəis müavini Əkrəm Yazıçı Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, meşələrin qorunması, inkişafı və davamlı istifadəsi üçün bu proqramın hazırlanması çox vacib idi: “Azərbaycan az meşəli ölkə olmasına baxmayaraq biomüxtəlifliyi çox zəngindir. Bu baxımdan yeni qəbul ediləcək MMP bu xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan meşələrinin qorunması, inkişafı və davamlı istifadəsinə töhfə verəcək. Azərbaycanda 450-dən artıq ağac və kol bitkiləri yayılıb ki, bunlardan da 70-i endemikdir. MMP-nin qəbulu eyni zamanda gənclərin bu sahəyə olan marağının daha da artırılmasında mühüm rol oynayacaq”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə