Meşələrin yeni inkişaf strategiyası və fəaliyyət planı hazırlanır
“Yeni Milli Meşə Proqramının hazırlıq işlərinə 2018-ci ildə başlanılıb və bununla bağlı beynəlxalq ekspertlərin, FAO-nun və Nazirliyin aidiyyəti qurumlarının iştirakı ilə geniş müzakirələr aparıldıqdan sonra Proqramın yeni ilkin layihəsi tamamlanıb”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
Onun sözlərinə görə Azərbaycan Respublikasının Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün nəzərdə tutulur, Milli Proqram ölkənin meşə təsərrüfatı xidmətini əhatə edir, milli və beynəlxalq təcrübəyə əsaslanır, o cümlədən idarəçilikdə dövlət qurumlarının və QHT-lərin aktiv şəkildə iştirakının təmin olunmasına yönəlib: “Milli Meşə Proqramında aşagıdakı məqsədlərə nail olunması nəzərdə tutulur:
- Ölkənin ümumi davamlı inkişafına töhfə verən tələblərin dəyişməsinə və gələcək ehtiyaclara xüsusi diqqət yetirərək meşələrin idarə edilməsi üzrə müvafiq institusional potensialın və mexanizmlərin yaradılmasına yardım etmək;
- Ölkəmizin meşələrinin qorunması və dayanıqlı idarə edilməsi məqsədilə konkret tədbirlərin həyata keçirilməsi üçün müvafiq siyasətlər və strategiyalar işləyib hazırlanmasını və onların təkmilləşdirilməsini təmin etmək;
- Maraqlı tərəfləri sıx əməkdaşlıq etməyə, planlaşdırma, icra, nəzarət, monitorinq və qiymətləndirmə işlərinə iştiraka təşviq etmək;
- Meşə ehtiyatlarının bərpasını və onlardan funksional istifadənin idarə edilməsini möhkəmləndirmək, həmçinin meşə resurslarından asılı olan kənd əhalisinin yaşayış səviyyəsini yüksəltmək;
- Meşəçilik fəaliyyətlərinə milli və beynəlxalq maliyyə dəstəyinin artırılmasına töhfə vermək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB