Musa Quliyev: "Adlar və soyadlarla bağlı Ailə Məcəlləsinə əlavə və dəyişiklik oluna bilər"- AÇIQLAMA
"Ad və soyadın verilməsi Ailə Məcəlləsində öz əksini tapıb. Lakin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlar və soyadlar haqqında verdiyi qərara əsasən məcəlləyə əlavə və dəyişikliklər oluna bilər". Bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev SİA-ya açıqlamasında deyib. O bildirib ki, əlavə və dəyişikliklər nəticəsində Ailə Məcəlləsində əks olunan adlar və soyadlar AMEA-nın tövsiyə etdiyi adlar və soyadlarla əvəz oluna bilər.
Onun sözlərinə görə, qərar yalnız tövsiyə xarakteri daşımalıdır. M. Quliyevin fikrincə, adlar və soyadlarla bağlı verilən qərar yeni doğulan uşaqlara məcburi qaydada şamil olunmalıdır: "Bizim kimi insanlara həmin qərarın icbarı qaydada tətbiq olunması düzgün deyil. Çünki insanlar müəyyən həyat dövrü yaşayıblar, status qazanıblar onların hamısının dəyişdirilməsi çox çətindir".
Adlar və soyadlarla bağlı əlavə qanunun qəbuluna gəlincə M. Quliyev bildirib ki, bütün bunlar Ailə Məcəlləsində tənzimləndiyi üçün ayrıca qanuna ehtiyac yoxdur: "Ailə Məcəlləsinə əlavə və dəyişiklik etməklə onu tənzimləmək olar. Bununla əlaqədar cari ildə Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi gözləniləndir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB