"Nyu-Yorkda Xocalı soyqrımına həsr olunan gecə keçiriləcək" - Özəl- Açıqlama
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Vəsilə Vahidqızı Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımların önəm daşıdığını bildirib. SİA-ya verdiyi açıqlamasında Komitə rəsmisi bildirib ki, Xocalı faciəsini bütün dünyaya duyurmaq hər bir azərbaycanlının vəzifə və vətəndaşlıq borcudur: "ABŞ-ın Nyu-York şəhərində yerləşən Yəhudi Tarixi Muzeyində Amerika Sefardlar Federasiyası, Amerika Müsəlmanları Liderləri İttifaqının birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqrımına həsr edilmiş muğam gecəsi keçiriləcək. Gecədə təxminən 150 nəfərin iştirakı gözlənilir".
Müəllif: Jalə
Bütün xəbərlər Facebook səhifəmizdə