Azərbaycan və çeçen ağsaqqalları görüşdü

Azərbaycan və çeçen ağsaqqalları görüşdü

Rusiyanın paytaxtı Moskva şəhərində "Prezident hotel"də Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilib. SİA-nın Moskvadakı mənbələrdən əldə etdiyi məlumata görə, görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri və Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Bekxan Taymazaxanov iştirak ediblər.

Görüşdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident müzakirə olunub.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə