2019-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərinə ilk dəfə qar yağır. SİA-nın verdiyi xəbərə görə, qar yağışı səhər saatlarından başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında sulu qar yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-3 dərəcə isti olacaq, gecəyə doğru 0 dərəcəyə yaxınlaşacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB