Müdafiə naziri İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib. SİA-nın məlumatına görə, mərasimdən sonra general-polkovnik Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB