CESD radikal qruplara qarşı təlimə başlayıb

CESD radikal qruplara qarşı təlimə başlayıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) PH International təşkilatının dəstəyi ilə “Yerli icmaların imkanlarının artırılması təşəbbüsləri” layihəsi çərçivəsində 12 fevral 2019-cu il tarixində Sumqayıt şəhərində növbəti təlimini keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə gənc fəallar, tələbələr, Sumqayıt Gənclər Evinin əməkdaşları və könüllülər iştirak edib.

Tədbiri giriş sözü ilə açan CESD-nin sədri Vüqar Bayramov yeni iştirakçılara layihə və onun potensial təsirləri haqqında məlumat verib.

Daha sonra təlimçi Rəşad Həsənov “Radikal ekstremizm: mübariz, yoxsa terrorçu” mövzusunda təlimə başlayıb. İlk öncə iştirakçılar terrorçu və azadlıq mücahidini fərqləndirən cəhətlər haqqında fikir mübadiləsi aparıblar. Rəşad Həsənov terrorçuların hüquq müdafiəçilərindən, yaxud azadlıq mücahidlərindən fərqləndirilməsinin önəmini vurğulayıb və qeyd edib ki, qarşımızdakı insanın düzgün müəyyən edilməsi bizə adekvat preventiv addımlar atmağa imkan verir. Mövzu ilə əlaqədar qrup işi keçirildikdən sonra sonra iştirakçılara radikal ekstremizmin və terrorizmin insanlarda yaratdığı hisslər və onları doğuran səbəblər haqqında məlumat verilib.

Qeyd edək ki, bu təlim layihə çərçivəsində Sumqayıt şəhərində keçirilən ikinci tədbir olub və növbəti həftələrdə digər təlimlərin keçirilməsi nəzərdə tutulur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə