"Sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır"

"Sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır"

"Sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır. Müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var". SİA-nın xəbərinə görə, bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirilən mətbuat konfransında deyib.

Bu gün 80-ə qədər müavinət növünün oluduğunu deyən nazir söyləyib ki, onların daha da sadələşdirilib cəmləşdirilməsinə, eyni zamanda onların məbləğinə kompleks şəkildə baxılır: "Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənarda qalıblar. Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq".

S. Babayev qeyd edib ki, müavinət alanlar 500 min nəfərdir: "Tələsik qərar da vermək olmaz, çünki bu 500 min insanın həyatına təsir edəcək addımdır. Biz bunu ətraflı araşdırırq. Asiya Bankının, Dünya Bankıın ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi verəcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə