Nazirdən vətəndaşlara yararsız heyvanların verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yararsız heyvanlarla bağlı nazirliyə müraciət edənlərin sayını açıqlayıb. SİA-nın xəbərinə görə, nazir bu gün keçirilən mətbuat konfransında bildirib ki, yararsız heyvanların verilməsi ilə bağlı nazirliyə daxil olan müraciətlər əsasında heyvan dəyişdirilməsi faktı 1 faizdən aşağı olub.
Onun sözlərinə görə, yararsız heyvanların bağlı müraciətlərin əksəriyyəti 2-3 ay sonra edilib: "Vətəndaşlara heyvan təqdim ediləndə özü təsdiq edir. Müvafiq baytar arayışları da təqdim olunur. Bəzi məlumatlar yayılır ki, guya 5000 manat civarında heyvanlar alınır. Bu səhv məlumatdır. Bütün vergilər və digər ödənişlər daxil olmaqla bir heyvanın qiyməti 1800 manatdan çox deyil, 1400 manat civarındadır. Heç bir podratçı şirkətə əlavə vəsait ödənilməyib. Hər hansı satınalmamızda qiymət artımına yol verilməyib. Ötən ilin mövcud qiymətlərindən aşağı qiymətə heyvan alınır".
S.Babayev söyləyib ki, məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub: "Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı olmadığı, imkanlı olduğu məlum olub. 800-ə yaxın belə məşğulluq proqramına uyğun olmayan şəxs siyahıdan çıxarılıb. Belə şəxslərin böyük əksəriyyəti mətbuata müxtəlif iddialarla çıxıb".
Nazir vurğulayıb ki, həqiqətən də keyfiyyəti aşağı, o cümlədən olan heyvanları ailəyə təqdim edən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh tədbirləri verilib: "Bütün dəyişdirilən heyvanların sayı 170-ə yaxın olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB