"Cari ilin ilk rübündə ilk DOST mərkəzi, il ərzində Bakıda ümumən 4 və 2019-2025-ci illərdə Bakı və regionlar üzrə 31 belə mərkəz yaradılacaq".
SİA-nın xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir həmçinin dövlət başçısının tapşırığı ilə pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış şəkildə qurularaq məmur-vətəndaş təması olmadan tam şəffaflaşdırıldığını, vətəndaşların onlar barədə bütün sosial məlumatlara və xidmətlərə əlçatanlığını təmin edən "E-sosial" internet portalının qurulduğunu, vahid məşğulluq portalının vacib komponenti kimi "Məşğulluq alt-sistemi"nin yaradıldığını deyib.
O qeyd edib ki, Prezidentin tapşırığı ilə ötən il özünüməşğulluq proqramının əhatə dairəsi 6,5 dəfə genişlənərək 7,3 minə yaxın şəxsi əhatə edib: "Onlardan artıq 5800-ü aktivlə (mal və materiallarla) təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb. Cari ildə daha 7-8 min şəxs bu proqrama cəlb olunacaq. Eyni zamanda, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanan "İşsizin DOSTu" proqramı ödənişli ictimai işlərin sistemli və şəffaf təşkilinə imkan verməklə, bu il 30 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi əsasında belə işlərlə təmin edilməsinə imkan verib və onlardan artıq 25 mindən çox şəxs ödənişli ictimai işlərlə təmin olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB