“içərişəhər” stansiyasında qatarların hərəkətində problem yaranıb

“içərişəhər” stansiyasında qatarların hərəkətində problem yaranıb

Bu gün səhər saatlarında metronun “İçərişəhər” stansiyasında qatarın hərəkətində problem yaranıb.

SİA-nın məlumatına görə, nəticədə ümumi hərəkətdə təxminən 10 dəqiqə ləngimə olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, həmin qatar depoya göndərilib: “Nasazlıq saat 07:43-də qatar stansiyada olarkən qeydə alınıb. Qısa müddətdə həmin qatar yenisi ilə əvəz olunub. Ümumi olaraq 10 dəqiqə ləngimə olsa da, bu qrafikə təsir etməyib. Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkət edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə