Şamaxıda Quşçu kəndi yaxınlığında “Quşçu” vulkanının püskürməsi gözlənilən idi. SİA-nın verdiyi məlumata görə, bunu özəl olaraq trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.
Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda “Quşçu” ilə yanaşı, “Dəmirçi”, “Qızmeydan”, Qobustanda “Şıxzərli” vulkanlarında aktivləşmənin olacağını ehtimal edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB