Azərbaycan Dil Qurumu mətbuata müraciət edib. Qurumdan SİA-ya verilən məlumata görə, Dil Qurumu hər gün mətbuatda təkrarlanan nöqsanlardan birini ictimaiyyətin diqqətinə çatdırır.
Xarici qurum, təşkilat, media orqanı, şəxs adı və s. yazılarkən ingilis dilinin qəlibindən istifadə edilir və bu, adın olduğu kimi saxlanılması istəyi kimi qələmə verilir. Məsələn, "The Washigton times", "WikiLeks", "The Washington post" və s.
Adi məntiqlə özünüzə sual edə bilərsiniz: əgər əcnəbi adlar "orijinalda olduğu kimi" saxlanırsa, onda niyə "Əl-Cəzirə" ərəb, "Nezavisimaya qazeta" kirill, "Rustavi" gürcü və s. əlifbalarıyla yazılmır?
Aydın görünür ki, "adı orijinalda olduğu kimi saxlamaq" yalnız ingilis dilinə şamil olunur və heç bir dil norması ilə tənzimlənmir.
Azərbaycan dilinin qrammatikası müasirlik prinsipinə əsaslanır və canlı danışıqda necə işlədilirsə, o cür də yazılmalıdır. Yəni: "The Washigton times" - "Vaşiqton tayms"; "WikiLeks" - "Vikiliks"; "The Washington post" - "Vaşinqton post" və s. kimi yazılmalı, dil normalarına riayət olunmalıdır.
Qurum mətbuatı və ictimaiyyəti bir daha diqqətli olmağa və ədəbi dil normalarını qorumağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB