Avropa Şurasının İnsan Hüquqları Komissarı Dünya Miyatoviç İtaliyaya qaçqın, immiqrant və köçkünlərin hüquqlarına riayət olunması ilə bağlı xəbərdarlıq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Miyatoviç 31 yanvarda İtaliya Baş nazirinə məktub göndərərək qaçqınlara, qeyri-qanuni miqrantlara və sığınacaq axtaranlara göstərilən xidmətlər haqqında İtaliyanın hökuməti tərəfindən görülməsi lazım olan tədbirlər haqqında məlumatlandırıb.
Komissar ötən il İtaliyada immiqrantların hüquqlarını məhdudlaşdıran Təhlükəsizlik Qanunu, sığınacaq axtaranların hüquqları ilə bağlı mənfi nəticələrdən narahatlığını ifadə edərək, İtalyan hökumətinə sözügedən şəxslərin hüquqlarına hörmətlə yanaşması ilə bağlı xəbərdar edib.
Miyatoviç, İtaliya hökumətindən Avropa Birliyi (AB) üzv ölkələri arasında yaranan fikir ayrılıqları səbəbi ilə dənizdə qalan miqrantlarla əlaqədar görəcəyi işlərdən çəkinməməsini tələb edib.
Miyatoviç Avropa ölkələrini qeyri-qanuni miqrantlar və qaçqınlarla bağlı məsələdə həmrəyliyin vacibliyini qeyd edərək, bu məsələdə onları razı salacağını, hər hansı problem yarandığı zaman İtaliya da daxil olmaqla müvafiq ölkələrin problemi özləri həll etməyəcəklərini ifadə edib.
Komissar məktubda İtaliyanın paytaxtı olan Romada qeyri-qanuni immiqrasiya qəbul mərkəzinin sürətli bir şəkildə bağlanması ilə əlaqədar narahatlığını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB