1992-ci ildən bəri 700-dək insan Azərbaycan və Ermənistan tərəflərinə qaytarılıb BQXK

1992-ci ildən bəri 700-dək insan Azərbaycan və Ermənistan tərəflərinə qaytarılıb BQXK

1992-ci ildən bəri 700-dək insan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan tərəflərinə qaytarılıb. SİA xəbər verir ki, bu fikir BQXK-nın fəaliyyətinə həsr olunan tədbirdə səsləndirilib. Qeyd edilib ki, girovluqdan azad edilənlər arasında hərbçilərlə yanaşı, mülki şəxslər də olub.

Qeyd edilib ki, ötən il Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ilə birlikdə Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş 775 nəfərin yaxınlarından 2170 ağız suyu nümunəsi götürülüb. Ağız suyu nümunəsi gələcəkdə mümkün eksqumasiya zamanı istifadə ediləcək.

Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı müxtəlif millətlərin nümayəndələri olan 4500-dək insan itkin düşüb. Həmin şəxslərdən 3800 nəfəri BQXK-nın Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80 faizi hərbçilərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə