"2 aya məşğulluq sistemi ilə bağlı köklü dəyişikliyi hiss edəcəksiniz" AÇIQLAMA-ÖZƏL
“Azərbaycanda məşğulluqla bağlı sistemə köklü dəyişiklik edilir”. Bunu SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
O bildirib ki, hazırda işəgötürənlər tərəfindən təqdim olunan vakansiya iş axtaran vətəndaşlara təklif olunaraq, göndərişlər məhz həmin vakansiyalar hesabına həyata keçirilir: “Lakin bu sistemin təkmilləşdirilməsi, daha da müasir tələblər səviyyəsində qurulması ilə bağlı nazirlik tərəfindən işlər həyata keçirilməkdədir. Bu yaxınlarda "Məşğulluq" portalı, yəni məşğulluq elektron sistemi istifadəyə veriləcək ki, orada ölkədə mövcud olan bütün vakansiyalarla işə götürənlərin ehtiyacları iş axtaranların bazasına uzlaşdırılacaq”.
Xidmət rəhbəri qeyd edib ki, portalda həm iş axtaranların siyahısı, həm də işəgötürənlərin vakansiyaları, onların ştat cədvəllərində bol qalan yerlər haqqında məlumatlar yerləşdiriləcək: “Bir növ işəgötürənlə iş axtaran arasında elektron müstəvidə ünsiyyət yaranacaq. Bu proses yaxın iki ay müddətində icra olunduqdan sonra məşğulluqla bağlı sistemdə köklü şəkildə dəyişiklik hiss olunacaq. Sistemin əsas mahiyyəti məmur-vətəndaş münasibətlərini minimuma endirmək, şəffaflığı, operativliyi təmin etməklə yanaşı işsizlərin aktiv məşğulluq tədbirlərinə daha çevik cəlb olunmasına nail olmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB