“100-dən çox işçisi olan təşkilat mütləq şəkildə əlil işə götürməlidir” AÇIQLAMA-ÖZƏL
“Azərbaycan qanunvericiliyində işə götürməklə bağlı yaş diskriminasiyası yoxdur. Əksinə qanunvericilik müəyyən qrup insanları daha da stimullaşdıraraq, rahat işə qəbulunu təmin edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
O bildirib ki, həm Əmək Məcəlləsi, həm də “Məşğulluq haqqında” qanunda əmək bazarına təzə atılan və eləcə də pensiya yaşına az qalan insanlara müəyyən güzəşt və imtiyazlar verilir, onların ilk növbədə işlə təmin olunması qanunla müəyyən edilir: “Azərbaycan qanunvericiliyinə əsasən, 100-dən çox işçisi olan hər bir təşkilat və ya qurum mütləq şəkildə əlil işə götürməlidir. Burada 3 faizlik kvota da müəyyənləşib.
M.Quliyev qeyd edib ki, bundan başqa ölkəmizdə özünə məşğulluq proqramları həyata keçirilir ki, bu proqramlar çərçivəsində bu insanlar işlərini qura bilərlər: “İş qurmaq istəyən şəxslər 2-4 ay müddətində kurs və ya treninqlərdə iştirak edir. İmtahan verdikdən sonra dövlət tərəfindən 5 min manata yaxın mal, avadanlıq və müxtəlif materiallar əldə etməklə işlərini qurmaq imkanı qazanırlar. Növbəti ildə özünə məşğulluqla bağlı kiçik müəssisələr yaradılacaq ki, 8 min işçinin də bura cəlb olunması nəzərdə tutulur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB