Fərid Kazımov: “Ölkədə informasiyaya əsaslanan iqtisadiyyatın formalaşması istiqamətində məqsədlərə çatılmayıb” - MÜSAHİBƏ
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun SİA-ya müsahibəsi
- Ötən il sizin mərkəz tərəfində ölkədəki sahələrin İKT sektoru ilə təminatı və inkişafı baxımından hansı işlər görülüb?
- İKT Mərkəzi ölkədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və bu sektorunun ictimaiyyətə çatdırılması məsələsi ilə daha çox məşğuldur. 2010-cu ildə də bu istiqamətdə fəaliyyət göstərib və müxtəlif işlər görüb. Ötən ilin yekunlarına görə, bizim tərəfimizdən verilən məlumatlar əsasında Azərbaycan və xarici məbuatında həm məlumat, həm də informasiya xarakterli 4 mindən artıq müxtəlif məqalələr cəlb olunub. 2010-cu ildə yeni layihə icra etdik ki, bu da www.e-azerbaijan.info saytının təqdimatı idi. Bu sayt 10 ilə qədər ancaq xəbərlər saytı kimi fəaliyyət göstərirdi, bu il isə bunu İKT sektorunda çalışan insanların platforması kimi formalaşdırdıq. Artıq İKT liderləri bir araya gətiriləcək və bu sektorun məlumatları burada yerləşdiriləcək. Məqsəd isə bu sahədə mövcud olan təcrübəni sahədəki subyektlər arasında bölüşdürmək, qarşılıqlı fikir mübadiləsi aparmaq, İKT sektorunun məlumatlarını ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaqdan ibarətdir. 2011-ci ildə daha yeni formada fəaliyyətimizi genişləndirəcəyik.
- Bu gün ölkəmizdəki İKT sektorunun inkişafını qənaətbəxş hesab etmək olarmı?
- Əgər biz bu gün görülən işləri qənaətbəxş hesab edib bununla kifayətlənsək, arxaya doğru getmiş olarıq. Hətta müəyyənləşdirilən nəticəyə çatsaq belə mövcud vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Hər zaman qarşıya qoyulan məqsədlərə çatmaq üçün müəyyən istiqamətdə işlər görülməlidir. Deyə bilərəm ki, bu istiqamətdə Azərbaycanın qarşısında hələ də böyük vəzifələr durur. Azərbaycanda infrastrukturun qorunması istiqamətində fəaliyyət çox önəmlidir. Bu istiqamətdə fəaliyyət gedir, elektron həllər hökumət səviyyəsində həyata keçirilir. Təhsil sahəsində isə bu istiqamətdə böyük irəliləyişlər var. Ancaq qeyd etməliyəm ki, ölkəmizdə elektron iqtisadiyyat, yəni informasiyaya əsaslanan iqtisadiyyatın formalaşması istiqamətində məqsədlərə çatılmayıb. Azərbaycanda İKT sektoru neft sektorundan sonra, prioritet sahə hesab olunub. Bunun üçün də gələcəkdə intelektual biliklərə əsaslanan yeni istiqamətlər qurulmalıdır. Bu istiqamətdə böyük işlər görülməlidir. Yaxın bir neçə ay ərzində planlaşdırılan layihələr həyata keçirilərsə, bunun üçün bünövrə yaratmış olacağıq.
- Təhsil sahəsində İKT-nin tətbiqi istiqamətində görülən işlərin həcmi hansı səviyyədədir?
- Təhsil sahəsi Azərbaycanda İKT-nin tətbiq olunduğu ən dinamik sahədir. Çünki Azərbaycan təhsil sahəsində hər bir komponentlər üzrə istiqamətin tətbiqi məsələdir. Azərbaycanda ilk dəfə olaraq 25 minə yaxın müəllim İKT üzrə treninqlərdə iştirak edib. Azərbaycanda təhsildən əlavə elə bir sahə yoxdur ki, orada bu qədər mütəxəssis treninqdən keçirilsin. Azərbaycanda müasir standartlara cavab verən internet şəbəkəsi qurulub. Bu daxili şəbəkə deməkdir və Azərbaycanın 1000-dən artıq ümumtəhsil məktəbləri mövcud şəbəkəyə qoşulub. Yaxın gələcəkdə bu istiqamətdə işlər davam etdiriləcək.
Bundan əlavə, əsas məsələ elektron tədris kursları yaradılmasıdır. Digər məsələ isə təhsilin tam interaktiv fəaliyyəti və məlumat əldə etmək üçün təhsil portalının yaradılmasıdır. Bütün bu komponentlərin hamısı müasir ölkələrdə tətbiq olunmayıb. Azərbaycan da bu təcrübəni tətbiq etmək istiqamətində fəaliyyət göstərir və bunların hamısı ictimaiyyətə açıqdır.
- Sizin fikrinizcə, bu gün hansı sahələr üzrə İKT-nin tətbiqi lazımi səviyyədə getmir və bunun üçün hansı işlər görülür?
- Bu gün müasir iqtisadiyyatın yaranması məsələsində problemlər mövcuddur. Yeni biliklərə əsaslanan məhsulların hazırlanması, proqram təminatı, hansısa avadanlığın hazırlanması istiqamətində vəziyyət lazımi səviyyədə deyil. Azərbaycanın özəl sektoru ancaq daxili tələbatı ödəmək üçün fəaliyyət göstərir. Bu o qədər də düzgün deyil. Azərbaycan üçün hazırlanan proqram təminatları ancaq Azərbaycanın tələbatını ödəmək üçündür. Yaxşı olardı ki, Azərbaycan şirkətləri öz məhsullarını xaricə satmaq üçün fəaliyyət göstərsinlər. Müəyyən şirkətlər bu istiqamətdə fəaliyyət göstərirlər. Ancaq bu sahədə görülən iş lazımi səviyyədə deyil. Hər hansı ölkə daxilində istehsal olunan məhsulu xaricə satsa, daha böyük gəlir əldə edər və ixrac potensialını artırmış olar. Müxtəlif şirkətlər proqram həlləri hazırlayır, ancaq onları xaricə satmaq istiqamətində az fəaliyyət göstərirlər və lazımi səviyyədə deyillər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB