Gecə saatlarında ölkə ərazisində zəlzələ baş verib. Zəlzələ daha çox Şamaxı rayonunda hiss olunub.
Yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub. Ardınca yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Sözü gedən ərazinin daha çox Şamaxı rayonuna yaxın olduğundan zəlzələnin fəsadları çox olub. Əsasən rayon ərazisi və dağlıq kəndlərdə bir neçə fərdi evlər, həyət yanı hasarlar və tikililər dağılıb.
Zəlzələnin gecə saatlarında, insanların yatdığı zamanda baş verməsi insanların daha da təlaşlanmasına səbəb olub.
Zəlzələ zamanı evlərlə yanaşı iaşə obyektləri və marketlərə də ciddi ziyan dəyib. Marketlərin piştaxtalarında olan ərzaq məhsulları qırılaraq yararsız hala düşüb. Baş verən zəlzələdən sonra Şamaxı rayon təcili yardım stansiyasına 30 çağırış daxil olub.
Qeyd edək ki, Şamaxı rayonunda təbii fəlakət nəticəsində baş vermiş dağıntılarla əlaqədar fövqəladə komissiya yaradılıb. Daha çox dağıntı rayonun Qaybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb. Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.
Təhlükəsizliyə görə dağıntı baş vermiş ərazilərdə qazın verilişi tamam dayandırılıb. Bir müddət öncə isə rayonun bəzi yerlərində elektrik enerjisində baş vermiş fasilə aradan qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB