Bakının iki rayonunda su olmayacaq

Bakının iki rayonunda su olmayacaq

Bakının iki rayonunda su olmayacaq. “Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar fevralın 5-də gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə