AMEA-nın prezidenti: “Adlar və soyadlarla bağlı qərar sadəcə olaraq tövsiyyə xarakteri daşıyır”- AÇIQLAMA
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyasının adlar və soyadlarla bağlı qərarı Akademiyanın qərarıdır və sadəcə olaraq tövsiyə xarakteri daşıyır". SİA-nın verdiyi xəbərə görə, bu sözləri AMEA-nın prezidenti Mahmud Kərimov açıqlamasında deyib. Lakin o bildirib ki, akademiyanın qərarı əsasında hansı qərarın qəbul ediləcəyini demək çətindir.
"Bu, Ədliyyə Nazirliyinin işidir. Təkliflərimizi əsas götürüb öz fəaliyyətində istifadə edəcək. Mən inanmıram ki, bu tövsiyələr hər hansı bir qanun və ya qərar şəklinə salınsın. Bu sadəcə olaraq tövsiyə xarakteri daşıyır. Qərar yanvarın 1-dən qüvvəyə minib və bu tarixdən sonra doğulan uşaqlar üçün nəzərdə tutulub. Lakin hər bir şəxs istəsə, könüllü şəkildə soyadını dəyişə bilər",- deyə M. Kərimov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB