Mahmud Kərimov: “AMEA yaz sessiyasında doktoranturaya qəbul keçirmək niyyətindədir”- AÇIQLAMA

Mahmud Kərimov: “AMEA yaz sessiyasında doktoranturaya qəbul keçirmək niyyətindədir”- AÇIQLAMA
"Doktoranturaya qəbul aparacaq təşkilatların əksəriyyəti qəbul planlarını Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) təqdim ediblər". SİA-nın verdiyi xəbərə görə, bu sözləri AMEA-nın prezidenti Mahmud Kərimov açıqlamasında deyib. O bildirib ki, doktranturaya ümumi qəbul planı təşkilatlar tərəfindən təqdim olunan planların təhlilindən sonra təsdiqlənəcək. Onun sözlərinə görə, daha sonra doktoranturaya qəbul haqqında elan veriləcək və proses bir ay müddətində həyata keçiriləcək.

"AMEA yaz sessiyasında doktoranturaya qəbul keçirmək niyyətindədir. Son illərdir, bizdə yalnız payızda qəbul aparılırdı. Lakin vaxtilə bizdə həm yazda, həm də payızda qəbul aparılıb. Son iki ildə doktoranturaya qəbul aparılmadığını nəzərə alsaq, çalışacağıq ki, bu il həm yazda, həm də payızda doktoranturaya qəbulu təşkil edib keçirək. Doktoranturaya qəbul zamanı ixtisas fənni, informatika, xarici dildən imtahanların olacağı gözlənilir. Biz təklif edirik ki, doktoranturaya qəbul olmaq istəyən şəxslərin informatika fənnindən bilikləri AMEA-da yoxlanılsın. İxtisas fənnindən imtahanlar isə yerlərdə keçirilsin",- deyə M. Kərimov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə