Kəlbəcərdə zəlzələ

Azərbaycanın Kəlbəcər rayonunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, yerli vaxtla saat 09:30-da qeydə alınmış yeraltı təkanların gücü 3,3 bal olub. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə