Türkiyədə əhalinin sayı artıb

Türkiyədə əhalinin sayı artıb

Türkiyə Statistika Komitəsinin apardığı son hesablamalara görə 2018-ci ildə ölkə əhalisinin sayı 2017-ci il ilə müqayisədə 1 milyon 193 min 357 nəfər artaraq 82 milyon 3 min 882 nəfər təşkil edib. SİA xəbər verir ki, ölkə üzrə ən çox əhalisi olan şəhər İstanbuldur. Burada 15 milyon 67 min 724 nəfər yaşayır. Bu sıralamada ikinci yeri 5,5 milyon nəfərlə Ankara, üçüncü yeri isə 4,3 milyonla İzmir tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə