Dövlət Aqrar Universitetinin yeni tədris korpusu tikiləcək SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında Sərəncam imzalayıb. Rəsmi sənədə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 14 245 000 (on dörd milyon iki yüz qırx beş min) manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB