Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır
“Təəssüf ki, bəzi çirkləndiricilər tullantı sularını təmizləmədən birbaşa Xəzər dənizinə atmaqda davam edirlər. Əslində tullantı suları təmizləyici qurğulara yönəldilməli və təmizləndikdən, zərərsizləşdirildikdən sonra dənizə axıdılmalıdır. Lakin bəzi müəssisələrdə müvafiq standartlara cavab verməyən, primitiv üsulla düzəldilmiş sistemlərdən istifadə edirlər və bunu təmizləyici qurğu adlandırırlar". SİA xəbər verir ki, bunu ETSN-nin şöbə müdiri Mirsalam Qənbərov deyib.
“Hazırda tullantı sularının təmizlənməsi üçün çox sadə və asan idarə olunan texnologiyalar, təmizləyici qurğular mövcuddur. Ölkəmizdə də bəzi müəssisələrdə bu texnologiyalardan istifadə olunur. Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün çirkləndiriciləri tez bir zamanda tullantı sularının təmizlənməsi üçün çox sadə, müasir standartlara cavab verən, quraşdırılması və idarə olunması asan olan, eyni zamanda maliyyə cəhətdən sərfəli modul və stasionar qurğular quraşdırmağa çağırırıq. Mütəxəssislərimiz tərəfindən tullantı sularının idarə olunmasının icra prosesinə nəzarət ediləcək. Bu gün KİV vasitəsilə çirkləndiricilərə bir daha çağırış və tövsiyə edirik ki, tezliklə bu qurğulardan quraşdırsınlar. Sonra deməsinlər ki, eşitmədik, bilmədik.
Hər bir fiziki və hüquqi şəxs problemin vacibliyini və aktuallığını başa düşməli, Nazirlik tərəfindən verilən xəbərdarlığın müddəti başa çatanadək tədbir görməlidir”, deyə şöbə müdiri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB