“Xəzər dənizi bioloji zənginliyi olan, unikal və qapalı su hövzəsidir. Xəzər dənizinin flora və faunasının, ekosisteminin mühafizəsi xüsusilə aktual məsələdir. Bugünkü gün Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmasa, gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənizin ətraf mühit və təbii ehtiyatlarının mühafizəsini daim diqqət mərkəzində saxlayır və mütəmadi dənizdə, onun sahil zolağında monitorinqlər keçirir”. SİA xəbər verir ki, bunu ETSN-nin Xəzər Kompleksi Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.
“Ötən ilin yay mövsümündən başladığımız monitorinqlər zamanı dənizin sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində, müəssisə və təşkilatlarda məişət və tullantı sularının düzgün idarə olunmadığı aşkar olunub. Monitorinqlərin nəticəsi olaraq müəssisə və təşkilatların rəhbərlərinə istehsalat sahəsinə uyğun təmizləyici qurğuların quraşdırılması istiqamətində çağırışlar edilib və müvafiq tövsiyələr verilib, müvafiq məktublar göndərilib. Təəssüflər olsun ki, bu günə kimi çox az sayda müəssisə və təşkilat bizim bu çağırış və tövsiyələrimizə reaksiya verib. Lakin, onu da qeyd edək ki, bir sıra sahibkar tərəfindən müasir təmizləyici qurğuların quraşdırılması və formalaşan tullantı sularının idarə olunması istiqamətində işlər görülüb.
Nazirlik hüquqi və fiziki şəxslərə bir daha çağırış edir ki, qısa müddət ərzində müasir təmizləyici qurğular quraşdırsınlar. Qarşıdan yaz-yay istirahət mövsümünün gəldiyini nəzərə alaraq, ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmasın. Məqsədimiz Xəzər dənizinin ekoloji mühitinin mühafizəsinə nail olmaqdır.
Xəzər dənizinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir.
Bu sahədə mütəxəssislərimiz tərəfindən monitorinqlər davam etdirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB