Onlayn media ilə bağlı qanun layihəsinin hazırlanması təklif olunub

Onlayn media ilə bağlı qanun layihəsinin hazırlanması təklif olunub

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında iki təklif irəli sürüb. SİA-nın məlumatına görə, Ə.Amaşov “Mətbuat Şurası haqqında” və “Onlayn media haqqında” qanun layihələrinin hazırlanmasına ehtiyac olduğunu bildirib: "Bununla bağlı təklifləri bir neçə dəfə səsləndirmişəm. Təkliflərin nəzərə alınması müsbət addım olardı".

Deputat Fazil Mustafa da onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edib. Deputat bunu indiki mövcud vəziyyətlə əlaqələndirib: “Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac var və qanun layihəsinin hazırlanması sürətləndirilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə